ABŞ-la MÜNASİBƏTLƏRİN PİSLƏŞMƏSİNƏ MÜXALİFƏTDƏN MARAQLI REAKSİYALAR
Azərbaycan hakimiyyəti ABŞ-a məxsus radiostansiyaların yayımına məhdudiyyət qoyduqdan sonra soyuqlaşmağa doğru gedən münasibətlər hazırda arzuolunmaz həddədir. Üstəlik, Amerikanın ölkəmizə səfir göndərməyə tələsməməsi, seçkilərlə bağlı Dövlət Departamentinin sərt mövqe sərgiləməsi də ölkəmiz üçün müsbət perspektiv vəd etmir. Bir neçə gün öncə Sərhəd Xidmətinin komandanı Elçin Quliyev Vaşinqtonla sərhəd təhlükəsizliyinə dair əməkdaşlığın kəsilə biləcəyinə işarə vurmaqla ziddiyyətlərin daha da pisləşdiyini təsdiqləmiş oldu. Bundan sonra isə Azərbaycanın ABŞ-la hərbi əməkdaşlığı tam kəsməyə hazırlaşdığı barədə xəbər yayıldı. Maraqlıdır, Azərbaycan müxalifəti iqtidarın ABŞ-la münasibətlərinin pisləşməsinə necə reaksiya verir? Bu vəziyyətdə müxalifət Amerikadakı dairələrlə işləmək niyyətindədir, yoxsa ölkəmizin maraqlarına təhdid yarada biləcək situasiyanı dəyişmək üçün hansısa addımlar atmağa qərarlıdır?
ADP sədri Sərdar Cəlaloğlu deyir ki, ABŞ-la Azərbaycan arasında münasibətlərin kəskinləşməsi çaşqınlıqdan doğub və yanlış addımdır. Onun fikrincə, indiki halda Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı şəraitində Bakı alternativ əməkdaşlıq imkanlarına malik olmalıdır. Ancaq ADP sədri müxalifətin belə vəziyyətdən istifadə etməsini düzgün saymır: “Müxalifət qətiyyən bu vəziyyətdən istifadə etməməlidir. Sadəcə olaraq, iqtidarı düzgün yol tutmağa dəvət etməliyik”.
VİP sədri Əli Əliyev deyir ki, Azərbaycan hakimiyyəti son illərdə bəlli olmayan siyasət yürüdür və əvvəlki balanslaşdırılmış siyasətdən əsər-əlamət yoxdur: “Zahirən Qərbin maraqlarının təminatçısı kimi çıxış etsə də, əslində Moskvanın istəklərini həyata keçirməklə məşğuldur. Bu münasibətlər sistemi bütövlükdə dövlətə ziyanlıdır. Azərbaycan hələ xarici siyasət kursunda da yanlış siyasət yürüdür”.
Ancaq Ə.Əliyev müxalifətin indiki situasiyadan yararlanmasını normal qəbul etmir: “Müxalifət üzünü Azərbaycan xalqına çevirib onu özünə inandırmalıdır. Azərbaycan seçicisinin etimadını özünə qaytarmayana qədər heç bir prosesdə önə çıxa bilməyəcəyik. Onda Amerikanın, Rusiya və Qərbin, həmçinin iqtidarın diqqəti Azərbaycan müxalifətinə yönələcək. Faydalanma Azərbaycan seçicisi ilə düzgün münasibət qurmaqdadır. Fakt budur ki, bu gün Azərbaycan seçicisi hökumətə etimad göstərmədiyi kimi, müxalifətlə də düzgün münasibətdə deyil”.
Müsavat başqanının müavini Qabil Hüseynli hesab edir ki, müxalifət bu pisləşmənin dərinləşməsinə yardım edəcək addım atmamalıdır: “Əksinə, Qərb dəyərlərinin ölkəmizdə bərqərar olmasına çalışmalıyıq”. Q.Hüseynli Azərbaycan tərəfin ABŞ-la münasibətləri istədiyi qədər kəskinləşdirə biləcəyinə inanmadığını bildirdi: “Bu, tərəflər üçün heç də arzuolunan nəticələr verməz. Ona görə də müxalifət olaraq iki ölkə arasında əvvəllər mövcud olmuş, hər iki tərəfin bəyan etdiyi strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin qorunub-saxlanmasının tərəfindəyik. Bunun üçün də əlimizdən gələni etməyə hazırıq”.
KXCP sədri Mirmahmud Mirəlioğlu ABŞ-Azərbaycan münasibətlərinin korlanması barədə yanaşma ilə razı deyil: “ABŞ-ın burda strateji maraqları var. Azərbaycanın da məcburiyyətdən və zərurətdən öz maraqları var. Söhbət iqtidarın və konkret İlham Əliyevin ABŞ-a şəxsi münasibətindən gedirsə, bu münasibətlərin Azərbaycana və Amerikaya çox az dəxli var. Bu mənada bizim məsələyə əlahiddə mövqe sərgiləməyimizə az ehtiyac var. Ona görə ki, biz dövlətimizi bu cür görmək istəyirik. Ayrı-ayrı şəxslərin hesabları, ifadələri ilə bağlı açıqlamalardan əgər Azərbaycan-Amerika münasibətləri soyuyacaqsa, heç dünəndən bu münasibətlər olmasın”.