ABŞ Konqresi: “Yeni sanksiyalar çox tezliklə olacaq...”
ABŞ parlamentinin Nümayəndələr Palatasının spikeri Con Beyner prezident Barak Obamanın İranın nüvə proqramı ilə bağlı anlaşmaya nail olmayacağı təqdirdə Tehrana qarşı əlavə sanksiyalar tətbiqinə söz verib. Musavat.com-un məlumatına görə, bu barədə iran.ru-nun xəbərində deyilir.
Onun sözlərinə görə, nüvə danışıqlarının uğursuz yekunlaşarsa, İrana qarşı yeni sanksiyalar “çox tez” işə düşəcək.
“Açıq desəm, biz Tehrana qarşı sanksiyalar rejiminin genişləndirilməsi siyasətini Barak Obama ilə birgə aparmalı idik. Bu, İranla real anlaşmanın əldə olunmasını tezləşdirərdi” – bildirib Beyner.
Bundan əlavə, Nümayəndələr Palatasının spikeri hazırda İranla aparılan nüvə danışıqlarının nəticə verəcəyinə “ciddi şübhə elədiyini” də vurğulayıb.
Musavat.com






