İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi yaxınlığında atışma - Naməlum şəxs maşını polislərin üzərinə sürdü (VİDEO-FOTO)

1812 29.03.2017 18:36 Son xəbər A A

Vaşinqtonda ABŞ konresinə yaxın ərazidə atışma səsləri eşidilib.

Musavat.com xəbər verir ki, naməlum şəxs idarə etdiyi avtomobili polislərin xidməti maşınlarının üzərinə sürüb.

Polislər naməlum şəxsi atəş açaraq durdura bilib. Sürücü polislər tərəfindən saxlanılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Musavat.com xarici mətbuata istinadən əlavə olaraq onu da bildirir ki, polis bu hadisənin fikirləri yayındırmaq məqsədilə törədilmə ehtimalını söyləyib. İkinci , bənzər hadisənin olacağı ehtimal edilir.

Qeyd edək ki, buna bənzər hadisə yaxın günlərdə Londonda da baş vermişdi.

Martın 22-də Londonun mərkəzində, Vestminster körpüsündə sürücü avtomobillə bir neçə piyadanı vurmuş, daha sonra maşından düşərək polisi bıçaqla qətlə yetirmişdi. Qatil 52 yaşlı Xalid Məsud hadisə yerində başqa bir polis tərəfindən öldürülmüşdü.

Həmin terror aktı nəticəsində 5 nəfər ölüb, 10 ölkədən olan 50 nəfər isə xəsarət alıb.

Musavat.com

washington-da-kongre-binasi-yakininda-silahli-9434870_6916_300.jpg (22 KB)
Washington'da Kongre Binası Yakınında Silahlı... by haberler

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR