ABŞ rəsmiləri iki həftədən çoxdur ki, qeyb olan və kütləvi tədbirlərdə görünməyən KXDR lideri Kim Çen Inla bağlı vəziyyəti qeyri-adi hal kimi qəbul edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo “İheart” radiosuna danışıb.
Mayk Pompeo “istənilən situasiyaya hazırlıqlı olmaq üçün hadisələrri diqqətlə izlədiklərini” vətəndşaların diqqətinə çatdırıb.
Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, burada əsas məqsəd Sinqapurda əldə olunan razılaşmalara riayət edilməsindədir. “Bu Şimali Koreyanın nüvə silahından qurtulub özü üçün işıqlı gəlcəyi təmin etməsi deməkdir”,-deyə Mayk Pompeo təmsil etdiyi dövlətin mövqeyini belə ifadə edib.
Xatırladaq ki, Şimali Koreya lideri bu ilin aprel ayının 11-dən gözə görünmür. Aprel ayının 15-də o, hətta babası, KXDR-in əsasını qoyan Kim İr Senin doğum gününə həsr olunmuş bayram tədbirlərində iştirak etməyib.
Çinə bağlı Honkonq mediası onun öldüyünü xəbər versə də, sonradan bu xəbər rəsmi şəkildə təkzib olunub.
Musavat.com






