İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “Kasperski Laboratoriyası”nı milli təhlükəsizliyinə böyük təhdid adlandırdı

882 26.03.2022 17:25 Dünya A A

ABŞ-ın Rabitə üzrə federal komissiyası Rusiyanın antivirus proqramlarının istehsalı ilə məşğul olan “Kasperski Laboratoriyası”nı milli təhlükəsizlik üçün təhdid hesab edən qərar çıxarıb.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, “Kaspersky”nin telekommunikasiya avadanlıqları və servislərinin tədarükçlərinin qara siyahısına düşməsi ona baha başa gələ bilər.

Qeyd etmək lazımdır ki, ABŞ və Böyük Britaniyada sözügedən şirkət Rusiya xüsusi xidmət orqanları ilə məxfi əlaqələrdə günahlandırılır. ABŞ-ın özündə “Kaspersky”nin məhsulları, o cümlədən güclü antivirus proqramlarının dövlət idarələrində tətbiqi qəti şəkildə qadağan olunub.

“Kasperski Laboratoriyası”ndan başqa qara siyahıya Çinin Huawei, ZTE, Hytera Communications Corp., Hangzhou Hikvision Digital Technology Co., Dahua Technology Co., China Mobile International USA Inc. və China Telecom (Americas) Corp. kimi şirkətləri də salınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR