İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ jurnalistin itməsinə görə Ər-Riyadla hərbi sövdələşmədən imtina etmək niyyətində deyil

704 14.10.2018 12:12 Dünya A A

ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı vəziyyət fonunda Səudiyyə Ərəbistanı ilə silah sövdələşməsindən imtina etmək istəməzdi.

“Report” xəbər verir ki, o, bununla bağlı başqa ciddi variantların olduğunu qeyd edib.

"Düşünürəm ki, biz bunu edəriksə, özümüzü cəzalandırmış olarıq. Biz başqa olduqca ciddi tədbirlər görə bilərik", - deyə o bildirib.

Tramp bundan əvvəl Qaşıqçının itməsində iştirakı sübuta yetiriləcəyi təqdirdə, Ər-Riyadı ciddi şəkidə cəzalandıracaqlarını söyləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR