İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İsrailin öldürdüyü şəxsin başına 5 milyon qoyubmuş

616 03.01.2024 15:32 Dünya A A

Beyrutda öldürülən HƏMAS siyasi bürosunun sədr müavini Salah əl-Aruri haqqında məlumat üçün ABŞ hakimiyyəti 5 milyon dollar mükafat təklif edibmiş.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

ABŞ hesab edir ki, Aruri İordan çayının qərb sahilində HƏMAS hərbi əməliyyatlarını maliyyələşdirib və ona nəzarət edib, həmçinin çoxsaylı terror hücumları, qaçırma və adam oğurluğu ilə əlaqəli olub.

2015-ci il sentyabrın 10-da ABŞ Maliyyə Nazirliyi Əl-Arurini xüsusi kateqoriyalı beynəlxalq terrorçu kimi tanıdı.

Xatırladaq ki, HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla, 7 nəfər həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR