İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İraq və Suriyada zərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf edib

397 29.07.2016 05:41 Dünya A A
ABŞ hərbçiləri İraq və Suriyada 2015-ci ilin iyulundan 2016-cı ilin aprelinədək “Əl Qaidə” və İŞİD terror qruplaşmalarının mövqelərinə endirilən aviazərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf ediblər.
 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının məlumatında bildirilir.  
 
Məlumata görə, insidentlər nəticəsində 1 nəfər yaralanıb.  
 
ABŞ ordusunun komandanlığı dinc sakinlərin qəsdən öldürülmədiyini qeyd edərək, insidentlərdən çox təəssüfləndiyini bildirib və ölənlərin yaxınlarına başsağlığı verib.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR