İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ iqtisadçıları Trampa qarşı – “O, elektoratı aldadır”

787 03.11.2016 14:46 Dünya A A
Aralarında Nobel mükafatı laureatı olmuş iqtisadçının da yer aldığı 300-dən çox alim ictimaiyyətə ünvanladıqları açıq məktubla seçiciləri Donald Trampa səs verməməyə çağırıblar.

İqtisadçıların sözlərinə görə, Tramp seçicilərə tutmacayacağı vədlər verir, onun bəzi planları isə ölkə iqtisadiyyatına birbaşa zərbə vurur.

 Bundan başqa, alimlərin fikrincə, respublikaçı namizəd ABŞ iqtisadiyyatı barədə yalan yanlış məlıumatlar təqdim edir..

Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, 10 səhifəlik məktubun 9 səhifəsi ABŞ-ın 100-dən çox universitetindən olan iqtisadçı alimlərin adları ilə doldurulub.

Yazı müəllifləri Donald Trampa müxalif olduqlarını və ictimaiyyəti ona səs verməməyə çağırdıqlarını bəyan ediblər.

Bunun üçün onlar müxtəlif dəlillər gətiriblər: 

“Bu adam (Donald Tramp-red) ABŞ-da sənaye istehsalının azaldığını deyir. İstehasalatın yeri və tərkibi həqiqətən dəyişsə də , ABŞ sənayesi istehsalata görə 1980-ci illərin göstəricilərini iki dəfə qabaqalayır.

Tramp özünü işlədikləri yerlərdən məhrum olan sənaye işçilərinin müdafiəçisi kimi göstərmək istəyir. Lakin onun həmin işçilərin iqtisadiyyatın digər sahələrində çalışması üçün ixtisaslarını dəyişməklə bağlı planları yoxdur. Bunun yerinə Tramp texnoloji tərəqqinin və beynəxalq ticarətin üstünlüklərini inkar edən sahələrdə diskussiya aparır”.

Ekspertlərin rəyinə görə, həqiqətən son 20 ildə ABŞ-da istehsalın həcmi (inflyasiyanın da nəzərə alınması ilə) 40% artıb, ABŞ-ın sənaye müəssisələrinin dəyəri isə 2,4 trilyon dollara qədər qalxaraq rekord nəticə göstərib.

Techrunch-ın məlumatına görə, 2000-2010-cu illərdə ABŞ-da “itirilən” 5,6 milyon iş yerindən sədəcə 13%-i xaricə, əsasən də Çin və Meksikaya “gedib”.

İtirilən iş yerlərinin 85%-i isə istehsalatın avtomatlaşdırılması ilə əlaqədardır. Həmçinin gənclərin zavodlarda çalışmaq həvəslərinin olmaması, habelə onların sənaye müəssisələrində müvafiq texniki qabiliyyətlərini inkişaf etdirməməsi ABŞ-ın işçi qüvvəsində 2 milyon yerlik kəsirin əmələ gəlməsinə yol açıb.

Bundan başq,a iqtisadçılar Donald Trampın özünü səriştəsizlikdə ittiham ediblər: “O, büdcə kəsirindən qurtulacağını vəd edir. Lakin onun tərəfindən təklif edilən plan tam əksinə xəzinəni 2,6 trilyondan 5,9 trilyon dollara qədər vergi gəlirindən məhrum edir. 

Məktub müəlliflərinin fikrncə, Tramp dünyanın ən yüksək vergilərinin ABŞ-da olduğunu söyləməklə elektoratı aldadır.

ABŞ-da korporasiyalara qoyulan vergilər həqiqətən dünyada ən yüksəklərdən biri hesab edilsə də orta effektiv vergilər, o cümlədən gəlir və istehlak vergiləri digər ölkələrlə müqayisədə nisbətən aşağıdır.

İqtisadçıların qeyd etdiynə görə, Donald Tramp konspiroloji nəzəriyyələr irəli sürərək ibtidai düşüncəni təlqin edir. 

Bütün bu olanları sadalayaraq yazı müəllifləri “Trampın seçilməsinin ölkənin inkişafına, habelə onun demokratik və iqtisadi institutlarına böyük bir təhdid yaradacağı” qənaətinə gəldiklərini bəyan ediblər.

Donald Trampın seçki qərargahı bu məktuba artıq cavab verib. Trampın iqtisadi məsələr üzrə müşaviri Piter Navarro deyilənlərə belə reaksiya verib: “Trampın vergilərin azaldılması və tənzimlənməsi, neftin,qazın və təmiz kömürün istehsalının artırılması, habelə ixracatı artırmaq və idxalatı azaltmaqla xarici ticarət kəsirinin kiçildilməsi ilə bağlı planını anlamaq üçün elmlər namizədi olmağa gərək yoxdur”.

Vaqif Hüseyn, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR