İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İordan çayının Qərb sahilindəki yəhudilərə qarşı sanksiya tətbiq etdi

608 02.02.2024 00:42 Dünya A A

ABŞ prezidenti Co Bayden ABŞ administrasiyasına İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyalar tətbiq etməyə icazə verən sərəncam imzalayıb.

Bu barədə Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında məlumat verilir.

Bəyanatda qeyd olunur ki, İordan çayının qərb sahilində "ekstremist məskunlaşmaçıların vəhşiliyi" qəbuledilməz həddə çatıb: “İordan çayının qərb sahili və Qəzza zolağının, İsrailin və daha geniş Yaxın Şərqin sülhü, təhlükəsizliyi və sabitliyinə ciddi təhlükə yaradır. Bu hərəkətlər Birləşmiş Ştatların milli təhlükəsizliyi və xarici siyasətinə qeyri-adi və fövqəladə təhlükə yaradır".

Bayden İordan çayının qərb sahilindəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət tətbiq etdiyini açıqlayıb. Onun əmri administrasiyaya “İordan çayının qərb sahilində sülh, təhlükəsizlik və sabitliyi pozan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə” imkan verəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR