İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Virciniya ştatının qubernatoru özünü irqçi fotosu ilə bəlaya salıb

599 04.02.2019 14:12 Son xəbər A A

İndi öz partiyası belə onun istefasını tələb edir

ABŞ-ın Virciniya ştatının demokrat qubernatoru Ralf Nortem gənclik çağlarında çəkdirdiyi irqçi fotoları ilə özünü bəlaya salıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, partiyasının gələcək seçkilərdəki uğurlarını şübhə altına qoyan qubernator indi ən çox partiyadaşları tərəfindən qınağa məruz qalıb.

“The New York Times” qəzetinin yazdığına görə, qalmaqaldan sonra qubernator bir çox həmkarı və partiya üzvləri ilə görüş keçirib. Onların hamısı adının təmizlənməsi naminə istefaya getməyi məsələhət görüblər.

Qeyd olunur ki, bu ilin fevralın 2-də Ralf Nortemin vaxtilə oxuduğu tibb kollecinin məzuniyyət albomundan şəkillər yayımlanıb.

1984-cü ildə çəkilən fotoda iki adam təsvir olunub. Onların biri “bləkfeys” qrimində qaradərili insanı, digəri isə irqçi “Ku-kluks klan” təşkilatının iştirakçısını təmsil edir. Virciniya qubernatoru əvvəlcə həmin sifəti rənglənmiş şəxsin özü olduğunu, bununla Maykl Ceksona oxşamaq istədiyini söyləyib. Lakin nədənsə Ralf Nortem sonradan bu etirafından da vaz keçib.

Yerli parlamentin spikeri Kirk Koks və digər respublikaçı qanunvericilər Ralf Nortemi istefaya səsləyib.

Demokratlar partiyasının lideri Ketrin Gilli də müxalif partiyaya qoşulduqlarını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR