“Qərbin Ukraynaya göndərdiyi kəşfiyyat məlumatları Rusiyanın xüsusi əməliyyatının məqsədlərinə çatmasına mane olmayacaq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Kremlin sözçüsü Dmitri Peskov səsləndirib.
Peskov bildirib ki, Rusiya hərbçiləri ABŞ, Böyük Britaniya və NATO-nun Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat məlumatları və digər parametrləri ötürdüyünü yaxşı bilir:
“Lakin həmin ölkələrin və ittifaqların Ukraynaya göndərdiyi silahlar və ya kəşfiyyat məlumatları hərbi əməliyyatın tez başa çatmasına, eləcə də qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinə mane ola bilməz” – deyə Kreml sözçüsü fikirlərini tamamlayıb.
Xatırladaq ki, bir müddət əvvəl “New York Times” ABŞ-ın Ukraynaya ötürdüyü kəşfiyyat məlumatları əsasında sonuncunun Rusiya hərbçilərinə zərbələr endirdiyini yazmışdı.






