İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “The New York Times” qəzeti Rusiyanın baş hərbi kəşfiyyatçısının “vaxtında” ölməsinə diqqət çəkdi

1389 22.11.2018 18:26 Gündəm A A

Xəbər verildiyi kimi, Rusiya hərbi kəşfiyyat xidmətinin rəhbəri general-polkovnik İqor Korobov dünən qəfildən dünyasını dəyişib.

Onun adı son illərdə ABŞ-da keçirilən prezident seçkilərində Demokrat partiyasının serverinin sındırılması ilə daha çox xatırlanırdı.

63 yaşlı İqor Korobovu bir neçə aydan bəri görən olmayıb,”- deyə “The New York Times qəzetindən Maykl Şvirts yazır. Bundan başqa, o, noyabrın 2-də Rusiya Baş Kəşfiyyat İdarəsinin  (QRU) 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində də iştirak etməyib.

Müəllif  Korobovun rəhbərliyindəki QRU-nun Rusiyanın əlində əsl qlobal diversiya alətinə çevrildiyini qeyd edir. Bu səbəbdən o, ABŞ Maliyyə nazirliyinin sanksya tətbiq etdiyi şəxslərdən biridir.

“Onun idarəsi Fransa prezidenti Emmanuel Makronun seçki qərargahının sənədlərinin oğurlanması, qlobal antidopinq təşkilatının (WADA) kompüterlərinin sındırılması, habeə Böyük Britaniyanın casusu Sergey Skripalı zəhərləmək cəhdlərində, o cümlədən Ukrayna və Suriyadakı müharibələrlə bağlı olaraq gündəmdən düşməyib.

“Yuxarıda bəhs edilən 100 illik yubiley tədbirində Putin QRU-nu tərifləsə də son illərdə idarədə uğursuzluqlar bir-birini əvəz edib. Həmçinin kəşfiyyat xidmətinin fəaliyyəti Rusiyanın düşmənlərini daha ehtiyatla davranmağa məcbur etməklə yanaşı, Qərbin qəzəbli reaksiyasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR