ABŞ-ın San-Fransisko şəhərində 4 gənc güllələnib
“NBC Bay Area”nın xəbərində deyilir ki, cümə günü axşam saat 10 radələrində ABŞ-ın Kaliforniya ştatında yerləşən San Fransisko şəhərində fərqli qruplar arasında intensiv atışma baş verib. Polis özünü hadisə yerinə çatdıranda ağır güllə yarası alan 4 nəfəri aşkar edib. Onların dördü də güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib.
Polis bildirib ki, ölənlərin hamısı yetkinlik yaşında olan gənc oğlanlardır.
Hadisənin şahidləri deyiblər ki, “elə bildik ki, şəhərdə fişəng atırlar”. Ona görə də atışmaya önəm vermədik.
Polis hadisənin səbəbi və atışmanın hansı cinayətkar qruplar arasında baş verməsi barədə heç bir məlumat yaymayıb. Ancaq müşahidəçilər güman edir ki, cinayətkar dəstələr San Fransiskonu nüfuz dairələrinə yenidən bölmək uğrunda mübarizəyə qalxıblar.
Elbəyi Həsənli






