İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın sabiq prezidentlərinin təqaüdlərinin azaldılması təklif olunur

1440 11.11.2017 10:57 Son xəbər A A

 ABŞ Konqresinin üzvləri ölkənin sabiq prezidentlərinin təqaüdlərini azaltmaq niyyətindədirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Washington Examiner" nəşri yazıb.

Qeyd olunur ki, hazırda sabiq prezidentlərin təqaüdü 205 min dollardır. Təşəbbüsün müəllifi, respublikaçı konqresmen Codi Hays onun həcminin 200 min dollara qədər azaldılmasını təklif edib.

Onun sözlərinə görə, keçmiş prezidentlərin vergi ödəyicilərinin əlavə yardımına ehtiyacları yoxdur.

Güman olunur ki, Konqresin Nümayəndələr Palatası müvafiq qanun layihəsinə gələn həftə səs verəcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR