İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rəqqada əməliyyat hazırlığına başladı - Video

621 26.10.2016 03:02 Dünya A A
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.    
 
“Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün  zəmin yaratmağa başlamışıq”, - deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.  
 
Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmaq hələ  tez olduğunu bildirib: “Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir”, - deyə o qeyd edib. 

 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR