ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərinin Narkotiklərlə mübarizə idarəsinin keçmiş əməkdaşı Con Balyan etdiyi cinayət əməllərinə görə məhkum oluna bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, prokurorluq 46 yaşlı erməninin 3 il həbs və 95 min dollar həcmində cərimə olunmasını istəyib.
“Los Angeles Daily News” qəzetinin məlumatına əsasən, hələ keçən il Con Balyan müstəntiqlərə Meksika mafiyası və erməni kriminal qruplaşmaları ilə əlaqələri barədə ilkin istintaqda yalan ifadə verdiyini etiraf edib.
İttiham tərəfinin təsbitlərinə görə, C.Balyan qruplaşma üzvləri ilə bağlantılar qurub, onlardan informasiya müqabilində, habelə polis reydləri barədə məlumat çatdırmağa görə pul alırmış.
Con Balyan dələduzluqda, habelə atışma zamanı istifadə olunan silahların məhv edilməsində də suçlanır.
Musavat.com






