İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın qanunverici orqanlarında müxtəlif lobbilərinin fəaliyyəti aktivləşib

389 16.09.2023 20:39 Siyasət A A

Keçən il ABŞ da keçirilən və Vaşınqton formatı adlandırdığı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərindən sonra bu ölkənin qanunverici orqanlarında müxtəlif lobbi qruplarının prosesin əksinə gedən fəaliyyəti aktivləşib. Bu tendensiya ABŞ qanunverici orqanlarda təkcə Cənubi Qafqazla bağlı deyil. Eyni ilə Mərkəzi Asiya regionunu ilə də bağlı ABŞ-ın maraqları naminə faydalı olan əməkdaşlığın əleyhinə yönəlmiş əks addımlar müşayiət olunur.

Bu barədə Trend-ə Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva deyib.

"Ümumiyyətlə uzun illərdir ki, ABŞ Dövlət Departamentinin müxtəlif regionlar üzrə ardıcıl siyasəti mövcud deyil. Mövsimi qrup maraqları üzərindən formalaşan bu siyasət hal-hazırda Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ABŞ-ın maraqlarını ciddi zədələyir.

Ölkə daxilində ABŞ dövlətinin büdcəsindən faydalanaraq elə ABŞ dövlətinin maraqlarının əleyhinə fəaliyyət göstərən çoxsaylı şəbəkələr mövcuddur. İran-ABŞ münasibətləri fonunda, Rusiya və İranın sərhədlərində yerləşən strateji tərəfdaş ölkə kimi, Türkiyə və İsraillə xüsusi münasibətləri olan, qlobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyini dəstəkləyən Azərbaycanla münasibətlərin ABŞ üçün regionda həll edici olması heç kimə sirr deyil. Məhz belə bir həlledici əməkdaşlığın əleyhinə ABŞ qanunverici orqanlarında aktiv əksfəlaiyyət göstərən şəbəkələrdən ikisi- erməni lobbisi və Soros şəbəkəsi senatda antiAzərbaycan dinləməsi təşkil edib.

Dinləmə Amerika Erməni Milli Komitəsi- ANCA-nın sifarişi ilə , lobbinin ruporlarından biri və ABŞ-ın ən koorupsioner və rüşvətxor senatoru Robet Menendesin təşəbbüsü ilə baş tutub. ABŞ mediasında hələ keçən ay Menendes və onun etnik erməni arvadının maliyyə fırıldaqları haqqında federal prokurorların araşdırma aparması haqqında geniş yazılar getmişdir. ABŞ senatoru Robert Menendezin arvadı, erməni əsilli Nadine Arslanyan cəmi üç il əvvəl ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi halda, ötən il 400.000 dollar dəyərində qızıl külçələr satıb.

Qızılı külçələrin satışı keçən yaz, onun həyat yoldaşı senator Robert Menendesin yeni federal araşdırma ilə üzləşdiyini açıq şəkildə etiraf etməsindən aylar əvvəl baş tutub. Bütün dünyaya şəffaflıq nağılları danışan ABŞ da qanunvericiliyin rüşvətxor və korrupsioner kimi araşdırdığı şəxs qanunverici orqanın xarici siyasət kommisiyasına rəhbərlik edir.

ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi, ABŞ vergi ödəyicilərinin vəsaitinin hesabına fəaliyyət göstərən ANCA-erməni lobbi qrupunun ABŞ Konqresində xarici siyasət vektorlarını müəyyən edir. Bu təşkilatın fəaliyyəti nəyinki ABŞ-ın Cənubi Qafqaz maraqlarına, ümumilikdə ABŞ xarici siyasətinə ciddi zərər vurur.

ANCA-in konqresində bu qədər geniş təsir imkanlarına rəğmən, ABŞ-ın xarici maliyyə yardımları ayırdığı ölkələr siyahısında öndə gedən və geniş dəstək görən Ermənistan ABŞ-ın müttəfiqi deyil. Ermənistan Cənubi Qafqazda Rusiyanın vassalı və İranın müttəfiqidir. Ermənistanın regionda siyasi-hərbi tərəfdaşı Rusiya, ticari tərəfdaşı İrandır.
ANCA-in fəaliyyəti regionda siyasi sabitliyə və təhlükəsizliyə təhlükə yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir, regionda ABŞ-ın əsas strateji tərəfdaşı Azərbaycana qarşı olan fəaliyyət göstərir.
Qeyd edim ki, dinləmə rəsmi erməni təbliğatının tezisləri əsasına, tarixən Şərqlə Qərbin, Şimalla Cənubun, İslamla xristianlığın kəsişməsində yerləşən, mədəniyyətlərin müxtəlifliyi üçün çox münbit bir ölkə kimi tanınan Azərbaycan haqqında böhtanlar səsləndirilib.

Dinləmədə iştirak edənlərdən biri hal-hazırda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimın fikirləri bu gün mərkəzində Azərbaycanın durduğu Cənubi Qafqaz regionunda gedən geosiyasi proseslərə ABŞ-ın deyil onun rəqiblərinin maraqlarına cavab verən tərzdə səslənmişdir.
ABŞ Dövlət Departamentinin rəhbəri Blinken dəfələrlə Azərbaycanla Ermənistan arasında müharibə bitməsini bildirib. Vaşınqton formatı çərçivəsində keçən il bir dəfə, bu il iki dəfə görüşlərdə Azərbaycan və ermənistan ölkə XİN-ləri günlərlə sülh sazişinin üzərində işləyiblər.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim isə ABŞ Senatının təşkil etdiyi dinləmədə bildirir ki, müharibə bitməyib.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim son həftələrdə müxtəlif görüşlər və telefon danışıqları vasitəsilə Azərbaycanla bağlı aktiv mesajlar səsləndirməkdədir.

Amma ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimın Avrasiya qitəsinin ən böyük konflikti kimi davam etməkdə olan Ukrayna ilə bağlı fikirlərinə rast gəlmək mümkün deyil.

Əvəzində, Ukrayna müharibəsinin çətinləşdirdiyi bir dövrdə Avrasiya qitəsi üçün mühüm imkanlar yaradan Orta Dəhliz - Cənubi Qafqazda bitmiş müharibə haqqında reallığı əks etdirməyən fikirlər, rəsmi ermənistanın emosianal şantajları ilə bəzədilmiş dezinformasiyalarını səsləndirir və s.

Beynəlxalq hüquql və daxili konstitusiya ilə təmin olunan hüquqi addımlar haqqında absurd açıqlamalar edir. Yuri Kim “Laçın dəhlizi məhz indi açılmalıdır, bundan sonra gecikmə olmamalıdr deyə ultimatumlar göndərir. ABŞ “Dağlıq Qarabağ” xalqına qarşı heç bir hərbi əməliyyata, hər hansı hücuma dözməyəcək” kimi absurd açıqlamalar verir.

Politoloq bildirib ki, səsləndirilən fikirlər bir diplomatın beynəlxalq hüquqla tanınmış ərazilərdə daxili konstitusiyasının şərtlərini yerinə yetirməsinin əksinə , separatizmin dəstəklənməsinin xeyrinə səsləndirən ziyanlı fikirlərdir. Bu fikirləri səsləndirən isə ABŞ dövləti adından danışan məmurdur.

"ABŞ siyasətində yeni olan, biznes dairələrdən diplomat statusuna transfer olunmuş Yuri Kimin bir diplomat kimi qalmaqallı olması heç kimə sirr deyil.

Xatırladım ki, daha öncə səfir qismində Albaniyada fəaliyyəti zamanı ABŞ-ın NATO-da strateji tərəfdaşı olan bir ölkə ilə münasibətlərini korlanmasına səbəb olub.

ABŞ-ın Albaniyada səfir qismində əsas hədəfi müəllifi Jorc Soros olan “Açıq Balkan” iqtisadi layihəsi üçün fəaliyyət göstərmək olan Yuri Kim qonaq olduğu ölkənin daxili işlərinə qarışmaqdan çəkinməyib. Ana müxalifət daxili seçkilərə bir başa təsir göstərməklə soros şəbəkəsininin açıq-aşkar dəstəkləyib, partiyaların demokratik yolla seçilmiş sədrinin impiçment prosedurunu irəli sürüb və dəstəkləyib , bir müxalifət liderinin seçkidən kənarlaşdılması üçün cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olub və s.

Fəaliyyətinin son bir neçə ay qalmış isə ölkədən qaçıb və geri qayıtmayıb.

Dinləmədə Ermənistanla Azərbaycan arasında müharibənin hələ bitmədiyini bildirən Kim bununla da ABŞ-ın sülh sazişinin imzalanması üçün Vaşınqton və Arliqton görüşlərində və Münhen Təhlükəsizlik Konfransında ABŞ Dövlət Departamentinin rəhbərinin bütün açıqlamalarını heçə endirib.

Azərbaycan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirən , bəşəri dəyərlərlə paralel milli və dini dəyərləri qoruyub saxlayan və bu dəyərləri inkişaf tarixində, gündəlik həyat tərzində, daxili və xarici siyasətində əks etdirən unikal bir ölkədir. Azərbaycan 44 günlük müharibənin bitməsi ilə 90-lardan başlayaraq Avrasiya materikinin siyasi-iqtisadi xəritəsini dəyişmiş qanlı konfliktin sona yetirdi. Bununla Cənubi Qafqaz regionunun tranzit-lojistik imkanlarını, həmçinin regionun Qərb-Şərq (və əksinə) və Cənub-Şimal (və əksinə) marşrutlarında əhəmiyyətini artırdı. Müharibənin bitməsi ilə daha təhlükəsiz Avrasiya materiki üçün yeni siyasi-iqtisadi xəritənin çızılması kimi bir prosesə start verildi.

Cənubi Qafqaz Asiya və Avropa arasında, həmçinin Yaxın Şərq arasında balans üçün vacib region, Azərbaycan isə Cənubi Qafqazın ən strateji bəndidir. Hal-hazırda qlobal güclərin təsir imkanları əldə etməyə, formalaşdırmağa çalışdığı Azərbaycan öz milli maraqları naminə müstəqil xarici kursunu həyata keçirir. 30 ilə yaxın ATƏT-in Minsk Qrupu həmsədri qismində ABŞ-ın Azərbaycan münasibəti analoji məsələlərdən tam fərqləndi.

2008-ci ildə Gürcüstanda , 2014-cü ildən başlayaraq Ukraynada davam edən məsələlərlə bağlı ABŞ-ın mövqeyi tam fərqli oldu.

Düzdür bu nə 2008 ci ilə Gürcüstana , nə də 2014 –dən başlayaraq Ukraynaya yardım etmir. Çünki yekun olaraq öz maraqları naminə Rusiya ilə sövdələşməyə gedən ABŞ ancaq daxildə biznes qrupları bu müharibələrdən milyardlar qazanmasına şərait yaradır. Baxmayaraq ki, ABŞ qanunverici orqanlarda kənar maraqlara xidmət edən lobbi qruplar və şəbəkələrin anti Aərbaycan təşəbbüsləri ABŞ bu regionda öz maraqlarının əleyhinə yönəlmiş təşəbbüslərdir , amma bu təşəbbüslər dəstəklənir.

Bu gün üçün Rusiya və Ukrayna müharibəsi üzərindən taxılın qiyməti bütün dayanmadan artır. ABŞ-l isə bu müharibədən əziyyət çəkən dünyadan daha çox , taxıl sazişini öz gücü və nüfuzu bahasına həyata keçirən Türkiyənin uğurları qıcıqlandırır. Əfqanıstan təcrübəsində ABŞ-ın necə güvənsiz global güc ünvanı kimi tanınması , onun üçün əhəmiyyəti itmiş bölgədə fundamental humanitar məsələləri həll etmədən belə ölkəni tərk edə bilməsi və nəticədə terrorçu qrupların hakimiyyətə gəlməsinə səbəb oldu.

2000-lərdə planetin maddi-mənəvi ressurslarının bölüşdürlüməsində əsas olraq istifadə etdiyi və İslam dininin terrorla eyniləşdirilməsini strategiya olaraq seçmişdi. Bu gün bütün dünyada tüğyan edən islamafobiyanın əsasını da məhz 2000-lərdən balayan bu təbliğat təşkil edir", - deyə Y.Hacıyeva qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR