İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın müvəqqəti işlər vəkili: "Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqlar intensivləşib"

526 07.11.2018 15:36 Dünya A A

"Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqlar intensivləşib".

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill Bərdə rayonunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında danışıqlar intensivləşdirilib: "ATƏT-in Minsk qrupuna üzv olan ABŞ, Rusiya və Fransa bu istiqamətdə səylərini artırıb. İnanırıq ki, danışıqların intensivləşməsi ilə tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsində razılığa gələ biləcəklər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR