“Türkiyə “S-400” zenit-raket kompleksini alarsa, onun NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri müşavirinin müavini Heydi Qrant Türiyənin “S-400” zenit-raket kompleksi əldə etməsinə münasibət bildirərkən deyib.
“Türkiyə “S-400”ləri alarsa, NATO-nun texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq. Növbəti mərhələdə Türkiyənin “F-35” tipli bombardmançı qırıcıların 5-ci nəslini əldə etməsi və ondan istifadə imkanlarına qarşı tədbirlər görülə bilər”, - H.Qrant vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit-raket kompleksinin alınması ilə bağlı müqavilənin imzalandığını bildirib.






