İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-ın haqqı yoxdur ki, dünya dövlətlərini öz maraqlarına uyğun klonlaşdırsın"- Azad Məsiyev  

1256 07.03.2021 13:35 Siyasət A A

"ABŞ özünə umac ova bilmir, başqasına əriştə kəsir"


ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun artıq rejimləri devirməyəcəyini və demokratiyanı zorla təbliğ etməyəcəyini bəyan edib.

ABŞ dövlət katibinin bu bəyanatını Musavat.com-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev şərh edib. A. Məsiyev bildirib ki, beynəlxalq hüquq görə hər bir xalq öz müqəddəratını təyin etmək haqqı var:

“Buna görə həmin xalqlar yaşayacağı və ya quracağı dövlətin formasını seçmək hüququna malikdirlər. Bu baxımdan ideoloji quruluşundan asılı olmayaraq, dünyada müxtəlif formalı dövlətlər mövcuddur. Beynəlxalq hüququn başqa bir müddəasına görə, insanlar demokratik, azad cəmiyyətdə yaşamaq haqqına da malikdir. Düşünürəm ki, ideoloji quruluşundan asılı olmayaraq, o cəmiyyətdə ki qanunun aliliyi var, həmin dövlətdə demokratiya da mövcuddur. Demokratiyanın hərifi mənası xalqın hakimiyyətidirsə, bu halda xalq hakimiyyəti qanunun aliliyi olan halda bərqərar edir”.

Siyasi şərhçi bildirib ki, ABŞ dünya siyasətində öz maraqlarını təmin etmək üçün demokratiyanı bayraq kimi istifadə etməkdədir:

“ABŞ strateji maraqlarını qorumaq üçün bütün vasitələri məqbul sayır, bu vasitələr beynəlxalq qanunları tapdalamaq olsa belə, onları həyata keçirməkdədir. Bu strategiya isə pul vahidi olan dolları dünya valyutası kimi qoruyub saxlamaqdan ibarətdir. ABŞ xarici siyasətində beynəlxalq qanunların gücünə deyil, gücdən və zorakılıqdan doğan qanunlara üstünlük verməkdədir. Bununla yanaşı ABŞ dünyaya demokratiya ixrac etmək haqqını mənimsəyib, özünü dünyada demokratiyanın qarantı kimi təqdim edir, həmçinin ondan süni istifadə etməkdədir. ABŞ-da hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, qeyd etdiyim strategiya dəyişməz olaraq qalır, sadəcə taktiki baxımdan hakimiyyətə gələnlər kosmetik dəyşikliklər etməyə məcbur olurlar.

unnamed.jpg (74 KB)

Bu illər ərzində ABŞ xarici siyasətində demokratik dəyərlərdən sui-istifadə edərək, hədəflərini əldə edib. Bu baxımdan, hansı dövlət ABŞ-ın iqtisadi - siyasi maraqlarına uyğun davranmırsa, həmin dövlətlərə antidemokratik rejim damğası vurulur və zorla da olsa dövlət çevrilişi edilir. Lakin gedişat sübut etdi ki, bu yanaşma ABŞ-ın dünyadakı imicinə mənfi təsir edir.

ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqtonun artıq rejimləri devirməyəcəyini və demokratiyanı zorla təbliğ etməyəcəyini bəyan etməsinin məntiqi yuxarıda söylədiklərimi təsdiqləyir.

ABŞ ayrı-ayrı dövlətlərdə maraqlarına uyğun olaraq rəngli inqilablar etməklə özünə münasib adamları hakimiyyətə gətirir və bunu demokratiyanın qələbəsi kimi təqdim edir. Bu isə həmin xalqın iradəsinin zorlanması deməkdir. Hesab edirəm ki, hər hansı bir dövlətdə, çevriliş edib öz maraqlarına uyğun adamı hakimiyyətə gətirmək, həmin xalqa qarşı ən ağır cinayət hesab edilməlidir. Motivin nə olmasından asılı olmayaraq, bir dövlətin başqa dövlətdə dövlət çevrilişi etməsi beynəlxalq cinayət hesab edilməlidir, bu, eyni zamanda beynəlxalq terror cinayəti sayılmalıdır”.

Ekspert bildirib ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken etiraf edir ki, bu illər ərzində ABŞ demokratiyanı zorakılıqla tətbiq etsə də, bu, çox baha başa gəlir:

“Onda belə bir sual meydana çıxır: bu illər ərzində həmin dövlətə dəyən ziyanı kim ödəyəcək? Məsələn, Gürcüstanda çevriliş etdilər M.Sakaşvilini hakimiyyətə gətirdilər və nəticəsini gürcü xalqı ağır ödədi, ərazilərinin bir qismini itirdi. Ukraynada da eyni prosesdir, bu günə qədər vətəndaş müharibəsi davam etməkdədir. Yaxın Şərqi götürək, ABŞ -ın“Ərəb baharı” layihəsi ərəb ölkələrinə nə verdi: hərc-mərclik, ağır iqtisadi durum, kütləvi insan tələfatı və s. ABŞ-ın haqqı yoxdur ki, dünya dövlətlərini öz maraqlarına uyğun klonlaşdırsın.

Bu yaxınlarda Prezident Bayden ABŞ administrasiyasının əsas səkkiz hədəfini sadalayıb. Bu müddəalar içində “Demokratiyanın gücünü ABŞ-da, daha sonra dünyada yeniləmək” kimi fikirlər də əks olunub.

756143477771422.jpg (600 KB)

ABŞ-ın sabiq prezidenti Donald Tramp və tərəfdarları son seçkinin nəticələrinin saxta olmasını bəyan etdilər, yəni seçkinin demokratik dəyərlərə uyğun olmadığını iddia edərək, demokratiyanın müdafiəsinə qalxdılar. Demokratiyanın müdafiəsinə qalxan insanların tələbinə məhəl qoyulmadı, etirazçılara zor tətbiq etməklə dağıdıldı.

ABŞ prezidenti Co Bayden demokratiyanın gücünü ABŞ-da, daha sonra dünyada yeniləmək istəməsi onu göstərir ki, ABŞ-ın özündə hələ demokratiya şübhə altındadır. Bu yerdə bizim bir xalq misalımızı söyləmək yerinə düşərdi- ABŞ özünə umac oya bilmir, başqasına əriştə kəsir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR