İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTO

1243 20.09.2019 10:21 Dünya A A

ABŞ-ın Rusiyanın Kalininqrad vilayətindəki hava hücumundan müdafiə sistemini dəf etməyə imkan verəcək planı mövcuddur.

“Breaking Defence” xəbər verir ki, bunu ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.

Onun sözlərinə görə, Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır. Belə olan təqdirdə havadan, qurudan, dənizdan, kosmosdan – yəni hərtərəfli hücumlar təşkil olunacaq.

General əlavə edib ki, ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım gələrsə tətbiq etməyə hazırdır. Bununla yanaşı, Harriqyan Kalininqrada qarşı hərbi planın təfərrüatlarını açıqlamayıb.

Qeyd etmək lazımdır ki, Ceffri Li Harriqyan erməni əsilli Amerika hərbçisidir. O 1985-ci ildə ABŞ-ın HHQ Akademiyasını qırıcı-pilot ixtisası üzrə bitirib. Harriqyan ABŞ-ın Panamaya təcavüzündə, “Səhrada fırtına”, “Sarsılmaz azadlıq” və digər hərbi əməliyyatlarda yaxından iştirak edib.(Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR