Amerika Birləşmiş Ştatlarının ən böyük telekommunikasiya şirkətlərindən biri olan "Lumen" Rusiyada fəaliyyətini dayandırır.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Biz Rusiyada şəbəkəni bağlamaq qərarına gəldik. Öz təhlükəsizliyimiz və şəbəkə müştərilərinin təhlükəsizliyi naminə, həmçinin qlobal internet şəbəkəsinin bütövlüyünü qorumaq naminə bu addımı atdıq”, - deyə məlumatda bildirilir.
Şirkət qeyd edir ki, onun Rusiya bazarında iştirakı kiçik olub.
Bundan əvvəl Amerika provayderi "Cogent" Rusiyada işini dayandırdığını açıqlamışdı.






