İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın dünydakı ən vacib ticari tərəfdaşı elə onun ən böyük rəqibi imiş

790 16.02.2021 01:09 İqtisadiyyat A A

Çin (ÇXR) 2020-ci ildə ABŞ-ı ötərək Avropa Birliyi (AB) üçün ən vacib ticari partnyora çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, AB və Çin arasında xarici ticarət dövriyyəsinin həcmi 586 milyard avro təşkil edib.

Qeyd etmək lazımdır ki, ÇXR-lə Birləşmiş Ştatların ticarət dövriyyəsi eyni dövrdə 555 milyard avro olub.

Avropa İttifaqının Çinə ixracatı 2,2 faiz artaraq 202 milyard avro, Çindən idxalat isə 5,6% yüksələrək 383,5 milyard avro həcmində müəyyən edilib. Maraqlıdır ki, eyni dövr içində Avropa Birliyinin ən yaxın müttəfiqi ABŞ-a ixracatında 8,3% azalaraq 353 milyard avroya düşüb. ABŞ-dan Qoca Qitəyə məhsul idxalatında isə 13,2% azalma (202,5 milyard avro) müahidə olunub.

Avropalı ekspertlər Çinin koronavirus pandemiyasının törətdiyi ağır nəticələrdən ABŞ-dan daha tez özünə gəldiyini xüsusilə vurğulayırlar. Ümumilikdə pandemiyanın gətirdiyi böhran Avropanın ticarət balansına olduqca mənfi təsir göstərib. Birliyə daxil olan 26 ölkə (və Böyük Britaniya) ötən il 1,93 trilyon avroluq əmtəə ixrac edib ki, bu da 2019-cu illə müqayisədə 9,4% azdır. Elə idxalatın ümumi həcminin də 11,6 azalaraq 1,71 trilyona düşdüyünü söyləmək mümkündür.

“Breksit”dən sonra AB və Böyük Britaniya arasında ticarətdə də azalma görünməkdədir. Birləşmiş Krallıq İttifaqdan çıxmasına rəğmən hələ də vahid Avropa bazarının tərkib hissəsi sayılır. Buna baxmayaraq, AB-nin bu ölkəyə idxal və ixracatında 13% azalma qeydə alınıb. Bununla bərabər Böyük Britaniya AB üçün Çin və ABŞ-dan sonra 3-cü böyük tərəfdaş sayılır. Ondan sonra İsveçrə, Rusiya və Türkiyə gəlir.

Avropa Birliyinin Rusiyaya ixracat həcmi isə 10% azalaraq 79 milyard avro təşkil edib. Rusiyadan gələn idxal isə birdən-birə 34,3% düşərək 95,2 milyard avroya qədər geriləyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR