İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın aparıcı bankları Trampın rusiyalılarla əlaqələri barədə sənədləri Konqresə təslim ediblər

530 09.08.2019 01:33 Dünya A A

ABŞ Konqresinin komitəsinə prezident Donald Trampın rusiyalılarla bağlantılarından bəhs edən sənədlər daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti iri banklardakı mənbələrinə istinadən məlumat yayıb.

Həmin sənədlərdə prezidentin həm özünün, həm də ailəsinin Rusiyada apardığı biznesi ilə əlaqədar informasiyalar əks olunub. Bundan başqa, burada “Trump Organization” şirkətinin kredit anlaşmaları, elektron yazışmaları da yer alıb.

Qeyd olunur ki, ABŞ lideri bu vaxta qədər məhkəmə yolu ilə bir neçə iddia ərizəsi verərək özünün bank hesablarına, mühasibat və vergi məlumatlarına hər hansı çıxışın əldə olunmasını əngəlləmişdi.

Maraqlıdır ki, məhz bu günlərdə Donald Tramp ölkənin Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sisteminə (FED deyə tanınır-red.) hücum edib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının inkişafı yolunda ən böyük bəla Çin yox, məhz FED-dir.

“Bizim problemimiz Çin deyil. Biz əvvəlkindən qat-qat güclüyük. Çin minlərlə şirkətini itridiyi, valyutalarının əzildiyi bir vaxtda Birləşmiş Ştatlara su kimi pul axır. Bizim əsas problemimiz sərt siyasət yürütməsi ilə əlaqədar buraxdığı səhvi boynuna almağı qüruruna sığışdırmayan Federal Ehtiyat Sistemidir”, -deyə Donald Tramp tvitter hesabında yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR