İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hospitalları Trampın irəli sürdüyü səhiyyə haqqında qanuna qarşı çıxdı

550 09.03.2017 15:45 Dünya A A

Hospitalları təmsil edən işçi qrupu Respublikaçıların hazırladığı səhiyyə qanununa qarşı etirazını bildirərək qeyd ediblər ki, bu qanun qüvvəyə minərsə yoxsul amerikalılar sığortalarını itirə bilərlər.

Musavat.com bbc.com saytına istinadən xəbər verir ki, qanun layihəsi Trampın da dəstəyi ilə Respublikaçılar partiyasının mühafizəkar liderləri tərəfindən hazırlanıb.

Buna qarşın Amerika Hospital Assosiasiyası qanun layihəsinin qəbul edilməməsi üçün hərəkətə keçib. Assosiasiya narahatdır ki, aşağı gəlirli əhali bu dəhşətli nəticələrə səbəb olacaq.

Qeyd edək ki, çərşənbə günü Tramp hüquqşünasları toplayaraq qanun layihəsini müzakirə edib. Respublikaçılar partiyasının özündə də fikir ayrılığının olduğu bildirilir. Belə ki, mühafizəkarlardan fərqli olaraq digər daha mülayim fikirli qrup fikirləşir bu insanların əlindən bir çox şeyi alacaq.

Tramp hələ seçki kampanyasında dəfələrlə Obamacare" (Obama qayğısı) adlı eks-prezident Obamanın imzaladığı qanunun əvəz edəcəyini elan etmişdi.

Amerika Səhhiyyə Qayğısı Aktı adlanan qanun"a görə:

-Yoxsullar üçün ayrılan federal sağlamlıq fondu azaldılacaq;

 - məcburi sığorta tələbi qaldırılacaq;

- subsidiyalar vergi kreditləri ilə əvəz ediləcək

Ümumiyyətlə, gözlənilən odur ki, yeni qanun Obama administrasiyasının "Ağlabatan yardım aktı" altında sığorta əldə edən insanlardan daha az əhaliyə tibbi yardımı nəzərdə tutur.

Qeyd edək ki, hazırda qanun layihəsi Konqresdə iki komissiya tərəfindən müzakirə edilməkdədir.

Hospitalların fikri isə bu barədə çox qətidir. Təxminən 5000 hospital və səhiyyə ilə bağlı şəbəkələrin üzv olduğu Amerika Hospitallar Assosasiyasının prezidenti Rik Pollak Konqresə məktub göndərib. Məktubda deyilir ki, təşkilat inanır ki, Konqres ABŞ Konqresi Büdcə ofisinin uğursuz dəyərləndirmə apardığını nəzərə alacaq.

Qeyd edilib ki, irəli sürülən qanun layihəsi yoxsul ahali üçün göstərilən xidmətləri əhəmiyyətli dərəcədə azaldacaq və təşkilat bundan narahatdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR