“ABŞ hökuməti Araz Əzimovun mövqeyini bölüşmür” – İrəvandakı səfirlik
Açıqlamada deyilir ki, “ABŞ hökuməti götürdüyü öhdəliklərə sadiqidir və münaqişə tərəflərini Qarabağ ixtilafının dinc yolla həllinə yönəlik ciddi addımlar atmağa çağırır”.
Xatırladaq ki, Araz Əzimov ötən həftə Minsk Qrupunun amerikalı həmsədrini münaqişənin həllinə yanaşmada qeyri-obyektivlikdə və ermənipərəstlikdə ittiham eləmiş, Azərbaycanın ondan imtina edə biləcəyini dilə gətirmişdi.
Musavat.com






