ABŞ helikopteri Əfqanıstanda qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi bildirib.
Məlumata görə, qəza nəticəsində 2 nəfər həlak olub. Ölənlərin Birləşmiş Ştatların hərbi qulluqçuları olduqları bildirilir.
Hadisənin təfərrüatı açıqlanmır.






