İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-Ermənistan strateji əməkdaşlığı mənasızdır”

469 14.01.2025 17:49 Son xəbər A A

“ABŞ-Ermənistan strateji əməkdaşlığı bir sıra sahələrdə əlaqələrin dərinləşməsini nəzərdə tutur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Sarkisyan feysbuk səhifəsində yazıb.

“Xatırlatmaq istərdim ki, Gürcüstan hələ 2009-cu ildə ABŞ-la strateji tərəfdaş statusuna malik idi. Bu statusun nə olduğunu hamımız bilirik.

Əvvəla, anlamaq lazımdır ki, strateji tərəfdaşlıq ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik münasibətləri demək deyil. Birləşmiş Ştatlar Ermənistana heç bir təhlükəsizlik zəmanəti, hərbi yardım verməyəcək, yardım kimi silah-sursat satmayacaq və ya tədarük etməyəcək.

Bu format Ermənistanda ABŞ hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur. Təhlükəsizlik sahəsində bu, hansısa konsultasiya proqramlarına dəstək, hərbi əlaqələr, peşəkar hərbi təhsil imkanları və Kanzas ştatının Milli Qvardiyası ilə uzunmüddətli tərəfdaşlığı davam etdirməkdən ibarətdir”, - deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR