ABŞ iqtisadçı ekspertlərinin dörddə üçü ölkənin 2021-ci ilin sonuna qədər durğunluq dövrünə qədəm qoyacağını xəbər edib.
Bu barədə “Bloomberg” agentliyi “Milli Biznesin iqtisadiyyatı assosiasiyası” tərəfindən keçirilən sorğuya istinadən məlumat verib.
Sorğuda 300-dən çox ekspert iştirak edib.
Respondentlərin 10%-i hətta durğunluğun bu ildən başlayacağını bildirib. 42% prosesi gələn ilə, 25%-i isə 2021-ci ilə qədər başlayacağını gözlədiklərini söyləyiblər.
Mütəxəssislərin rəyinə görə, 2018-ci ilin son aylarında ABŞ-da Ümumdaxili məhsulun (ÜDM) böyümə tempi 3,4%-dən 2,5%-ə enib.
İqtisadçı alimlər burada əsas problemin prezident Donald Trampıın yürütdüyü iqtisadi siyasətdə görür. Onlardan 36% hesab edir ki, əgər Ağ Evin sahibinin Çinlə ticarət müharibəsinin gedişində tətbiq etdiyi tariflər qüvvədə qalsa, o zaman ÜDM-in 2019-cu ildə böyüməsi 25 əsas bənd üzrə azalacaq. Sorğu aparılan mütəxəssislərin 26%-i isə 50 bu cür bəndin olduğunu qeyd edir.
Qeyd olunur ki, keçən ilin oktyabrında bənzər proqnozla ABŞ-ın ən böyük banklarından sayılan “JP Morgan” çıxış edib. Şirkət analitikləri ABŞ-da yeni durğunluq ehtimalının 28% olduğunu deyiblər.
Lakin indi yaxın 3 ildəki perspektivdə bu gözləntilər 80%-ə qalxıb.
Musavat.com






