İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti Türkiyə ilə münasibətlərdə fikir ayrılığının olduğunu inkar edir

566 31.10.2014 09:18 Son xəbər A A

 ABŞ Dövlət Departamenti Vaşinqton və Ankara arasında Amerika mətbuatının iddia etdiyi fikir ayrılığının olduğunu inkar edir.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ Dövlət Departamentinin  nümayəndəsi Cen Psaki bildirib.
 
 
“Oxuduqlarınızın hamısına inanmayın, çünki Türkiyə nəinki NATO-nun mühüm müttəfiqidir, o, həmçinin, “İŞİD”-i zəiflədərək məhv etmək səylərimizdə əsas tərəfdaşımızdır”, deyə Psaki  Washington Post nəşrinin “İŞİD”-ə qarşı əməliyyat məsələsində  Vaşinqton və Ankara arasında ciddi fikir ayrılığının olması  barədə məqaləsini şərh edərkən qeyd edib.
 
Onun sözlərinə görə,  Vaşinqton Ankara ilə “İŞİD”-ə qarşı əlavə addımların atılması barədə aktiv dialoq aparır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR