İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti "Facebook" və "Twitter"i İran hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb

490 24.11.2019 12:12 Dünya A A

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk "Facebook", "İnstaqram" və "Tvitter" sosial media şəbəkələrini İranın hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb.

Trend-in məlumatına görə, B.Huk "Twitter" hesabında yerləşdirdiyi çıxışında deyib: "Bu həddindən artıq ikiüzlü rejimdir. Hökumət sosial şəbəkələrdəki bütün hesablardan istifadə etməyə davam edərkən İnterneti söndürür. "Facebook", "İnstagram" və "Twitter" kimi şirkətləri Ali Rəhbər (Əli) Xamenei, Xarici İşlər Naziri (Məhəmməd Cavad) Zərif və Prezident (Həsən) Ruhaninin öz xalqı üçün İnterneti bərpa etməyincə hesablarını bağlamağa çağırırıq".

Daha əvvəl İran Xarici İşlər Nazirliyi, ABŞ-ın İran nazirinə qarşı "İnternet senzurası" üçün sanksiyalarını şərh edərkən, Vaşinqtonun İnternet azadlığının əhəmiyyəti olmadığını söyləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR