İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti 2020-ci il dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqladı

423 31.03.2021 10:17 Dünya A A

ABŞ Dövlət Departamenti çərşənbə axşamı 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Entoni Blinken Vaşinqtonda Dövlət Departamentində hesabatla bağlı çıxış edib və müxbirlərin suallarını cavablandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində rəsmi Bakının fəaliyyəti bəzi məqamlarda tənqid olunur. Hesabatda iddia edilir ki, ölkəmizdə ciddi insan haqları pozuntuları var. Nələrmiş? Sənədə görə: qanunsuz və ya özbşına həbslər, işgəncə, siyasi məhbuslar, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalar.

Bundan əlavə, hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı qeyd edilib.

Sənəddə ötən ilki seçkilərə dair tənqidlər də yer allb. Dövlət Departamentinin hesabatındada bildirilib ki, ATƏT-in müşahidə missiyasi Azərbaycanda 9 fevralda keçirilən parlament seçkilərinin, habelə 2018-ci ildə keçirilən prezident seçkisinin məhdudlaşdırıcı qanunvericilik çərçivəsində və siyasi mühitdə keçirilidiyini və bunun seçkidə həqiqi rəqabətə əngəl olduğuna dair nəticəyə gəlib.

Hesabatda ən absurd məqam Azərbaycanın Vətən müharibəsi apardığı dövrə aiddir. Bildirilir ki, Azərbaycan hökumətinin sentyabrın 28-dən dekabrın 12-dək tətbiq etdiyi hərbi vəziyyətdə rəsmilər hərəkət və məlumata çıxış azadlığını məhdudlaşdırıb. Dağlıq Qarabağda hərbi münaqişə ilə əlaqədar qanunsuz qətllər, mülki şəxslər arasında tələfatlar və qeyri-insani rəftar kimi insan haqları pozuntular müşahidə olunub.

İşğalçı erməniləri, silahlı quldurları öz torpaqlarımızdan, işğal altındakı ərazilərdən qovmaq, torpaqları azad etmək ABŞ DD üçün zorakılıq və qətl sayılırmış. Əfqanıstanda, İraqda, Suriyada minlərlə günahsız insanın qanını tökən, hökumətləri devirib, yerli əhalini həbsxanalara salan bir dövlətin Azərbaycanın vətən müharibəsinə münasibəti bu qədər absurd ifadələrlə təsbit olunub.

Bundan əlavə, hesabatda iddia edilir ki, Azərbaycanda jurnalistlər şübhəli ittihamlarla təqib olunur və həbs edilir, saytlar bloklanır, dinc toplaşmaq azadlığına ciddi müdaxilələr var. Daha sonra hərəkət azadlığının məhdudlaşdırıldığı, hökümətdə sistemli korrupsiya hallarının olduğu, polisin insanların cinsi oriyentasiyasına əsaslanaraq zorakılıq tətbiq etdiyi və ölkədə uşaq əməyinin ən pis formalarının mövcud olduğu iddiaları da sənəddə yer tapıb.

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı qeyd edilir.

2020-ci ili əhatə edən hesabatda dünya boyu insan haqları sahəsində vəziyyətdə tənəzzül və koronavirus pandemiyasının insan hüquqlarının müdafiəsi praktikasına təsiri qeyd edilib. Hesabatda Çin, İran, Rusiya, Myanma, Belarus və digər avtoritar ölkələrdə insan hüquqlarının pozulması ilə bağlı narahatlıqlar vurğulanıb.

P.S. Bunu ölkə prezidenti Donald Trampın sosial şəbəkə hesablarını bloklayan dövlətin rəsmiləri deyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR