İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ diplomatı Rusiya təyyarələrini muzey eksponatları adlandırdı

1303 14.12.2018 15:15 Dünya A A


Rusiya dünyanın ən böyük bombardmançı təyyarələri sayılan “Tu-160”-ları ABŞ-ın lap yaxınlarına, Venesuelaya göndərib. Rus təyyarələri 100 saatlıq fasiləsiz uçuşla Cənubi Amerikanın ABŞ-la düşmən mövqedə olan ölkəsinə uça bilib.

Lakin ABŞ sovet dövründən qalan bu hava maşınlarından qoxmadığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın Kolumbiyadakı səfiri Kevin Uitaker RCN radiosuna verdiyi müsahibədə Rusiyanın Tu-160 reaktiv bombardmançılarını “təhdid hesab olunmayacaq dərəcədə köhnə" adlandırıb.

Uitakerin dediyinə görə, Tu-160-lar indi elə yaşdadırlar ki, onların Venesuelaya gəlişini təxribat belə adlandırmaq olmaz.
“Bu maşnlar ancaq muzey eksponatları üçün yarayar”,- deyə səfir fikrini tamamlayıb.

Buna rəğmən amerikalı diplomat Birləşmiş Ştatların rus təyyarələrinin Venesuelada hərəkətini izlədiyni qeyd edib.

Onu da qeyd edək ki, səsdən sürətli starteji raketdaşıyıcı Tu-160 təyyarəsi 1970-ci illərdə hazırlanıb.Təyyarənin baş konstruktoru V.İ. Bliznyuk hesab olunur.

Amerikalı diplomatın məsxərələrinə rəğmən Tu-160 hələ də dünyada ən böyük səsdən sürətli hərbi təyyarəsi sayılır. NATO sistemində “Bləkcek” “adı ilə tanınan bu təyyarəyə ruslar “Hava qu quşu” ləqəbini qoyublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR