İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Tacikistana 1,5 milyon doza vaksin göndərilib

247 26.07.2021 18:31 Dünya A A

Bu gün Amerika Birləşmiş Ştatlarından Tacikistana humanitar yardım kimi koronavirus əleyhinə 1,5 milyon doza “Moderna” vaksini göndərilib.

AZƏRTAC Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Düşənbə Beynəlxalq hava limanında vaksini bu ölkənin Baş nazirinin müavini Matlubaxon Sattoriyen və UNİCEF-in Tacikistandakı nümayəndəsi Usama Makak qəbul ediblər.

Nazirliyin məlumatında bildirilir ki, bu vaksinlərlə ölkə əhalisinin 750 min nəfəri peyvənd olunacaq.

Bu il ölkə əhalisinin 18 yaşdan yuxarı olan 62 faizinin, yəni 5,8 milyon adamın peyvənd edilməsi nəzərdə tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR