İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Rusiya və İrana qarşı sərt reaksiya...

4371 19.02.2016 22:30 Dünya A A
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Rusiyanın İrana qırıcı təyyarələr satması ilə bağlı yazılı açıqlama verib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, M.Toner Rusiyanın İrana Sukhoi Su-30SM tipli çoxfunksiyalı qırıcı təyyarələr satacağı təqdirdə, BMT-nin Təhlüksəzilik Şurasının 2231 saylı qərarını pozacağını bildirib.

M.Toner "Su-30SM tipli təyyarələr savaş qırıcı təyyarəsi kateqoriyasına aiddir. Bütün BMT üzvləri və xüsusilə də 2231 saylı maddənin qəbul olunmasında iştirak edən üzvlər, bu razılaşmanı unutmamalıdırlar. Əgər yayılan xəbərlər həqiqəti əks etdirirsə, biz bunu ikili görüşlərdə Rusiyaya və digər BMT Təhlükəsizlik Şurası üzvlərinə bildirəcəyik” - deyə qeyd edib.
 
Aygün SƏFƏRLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR