İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan gələn xəbər dünya neft bazarını silkələdi

3578 24.01.2024 20:31 Dünya A A

ABŞ-ın kommersiya neft ehtiyatları keçən həftə 9,23 milyon barel azalıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi açıqlayıb.

Bu, ötən ilin avqust ayının ortalarından bəri ən böyük azalmadır.

“Trading Economics” analitikləri orta hesabla 2,15 milyon barel azalma proqnozlaşdırmışdılar.

Ötən həftə ABŞ-da benzin ehtiyatları 4,913 milyon barel artıb, distilliyatlar isə 1,417 milyon barel azalıb.

Mütəxəssislər orta hesabla benzin ehtiyatlarının 2,3 milyon barel, distilliyatların isə 348 min barel artacağını gözləyirdilər.

Bu arada, Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar yanvarın 19-da bitən həftədə 2 milyon barel azalıb. Bir həftə əvvəl isə ehtiyatlar 2,1 milyon barel azalıb ki, bu da ötən ilin sentyabrından bəri rekord göstərici olub.

ABŞ-da entiyatların kəskin azalmasına dair məlumat dünya neft bazarında qiymətlərin 1 dollardan çox artaraq 80 dolları keçməsinə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR