İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Çinin “Bir kəmər və yol” layihəsinə qarşı böyük həmlə- 200 milyard dollar pul ayrıldı

1130 27.06.2022 02:25 Dünya A A

ABŞ yaxın beş il ərzində Çinin çoxmilyardlıq “Kəmər və Yol” təşəbbüsünə qarşı inkişaf etməkdə olan ölkələrdə ehtiyac duyulan infrastrukturun maliyyələşdirilməsi proqramına başlayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev tərəfindən məlumat yayılıb.

Rəsmi Vaşinqto bunun üçün özəl və dövlət vəsaiti hesabına 200 milyard dollar cəlb etmək niyyətindədir.

Gələn informasiyalara əsasən, ABŞ prezidenti Co Bayden Böyük Britaniya, Almaniya, Yaponiya, Avropa İttifaqı və Kanada liderləri ilə birlikdə “G7” zirvəsində bir neçə spesifik layihələr təqdim edib. Burada əsas iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı layihələrə, eləcə də qlobal sağlamlıq, gender bərabərliyi və rəqəmsal infrastrukturun inkişaf etdirilməsi proqramlarına ayrılacaq.

Maraqlıdır ki, Çinin infrastruktur proqramına rəsmən qoşulan Fransa prezidenti Emmanuel Makron həmin görüşdə iştirak etməyəcək.

Vəsaitlərin qrantlar, federal fondlar, eləcə də özəl sektor investisiyaları vasitəsilə toplanacağını bildirən Ağ Ev bu iş üçün Qərbin inkişaf banklarını, maliyyə institutlarını, müstəqil fondlarını səfərbər edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR