İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında səylərini davam etdirir"

1152 27.05.2015 09:15 Siyasət A A
ABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
 
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, dövlət katibi təbrik məktubunda Azərbaycan xalqının 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdığını qeyd edib: “Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi bərpa etdikdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir”.
 
Dövlət katibi ABŞ-ın Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb.
 
Con Kerri həmçinin Vaşinqton və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası çərçivəsində regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlıq etdiyini qeyd edib.
 
Con Kerri həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin təmin olunmasında səylərini davam etdirdiyini qeyd edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR