İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da yaşlı adamları aldadıb, 30 milyon dollara sahiblənən rus həbs olunub

752 15.03.2020 14:49 Dünya A A

ABŞ-ın Florida ştatında on milyonlarla dollarlıq qiymətli kağızlarla fırıldaq işlətməkdə və çirkli pul yumaqda təqsirlərndirilən Rusiya vətəndaşı həbs olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, tutulan RF vətəndaşının adı Denis Sotnikovdur.

Hadisə ilə bağlı ABŞ-ın Qiymətli kağızlar və birja üzrə komissiyası (SEC) tərəfindən rəsmi məlumat yayılıb. 

Rusiyalı həbs olunduqdan sonra Florida ştatının Fort-Loderdeyl şəhər məhkəməsinə gətrilib. İş hazırda Nyu-Cersi ştatının dairə prokurorluğunun icraatındadır. Onu 20 il həbs və 500 min dollar cərimə cəzası gözləyir. 

ABŞ hüquq-mühafizə orqanları D. Sotnikovun qurduğu maxinasiya sistemi ilə zərərçəkənlərə 26 milyon dollar ziyan vurduğunu göstərib. SEC rus iş adamının amerikalı investorları internet reklamı vasitəsilə təbliğ olunan saxta depozit sertifikatlarını almağa inandırdığını bildirib. Onun qurbanlarının əsasən pensiya yaşına çatmış ABŞ vətəndaşları olduğu qeyd edilir.

Verilən informasiyada D.Sotnikovun bu sxemi 2014-cü ildən işə saldığı vurğulanır. Prokurorluğun əldə etdiyi məlumatlara əsasən, iş üzrə ən az 70 zərərçəkən mövcuddur. 

Rusiya vətəndaşının ələ keçirdiyi pulun bir hissəsini Florida ştatında yaşayan xanımı Natalya Mazitovaya verdiyi güman olunur.

Xatırladaq ki, bu ilin mart ayının 7-də Fderal Təhqiqatlar Bürosu sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlaırnı başqalarına satmaqla pul qazanan Kiril Firsov adlı başqa bir Rusiya vətəndaşını Nyu-Yorkda saxlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR