İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Ukraynada vuruşmağa və terror aktları törətməyə hazırlaşan hərbi qulluqçu həbs olunub

493 24.09.2019 00:58 Dünya A A

ABŞ Federal Təhqiqatlar Bürosu Birləşmiş Ştatlarda terror aktı törətməyə hazırlaşan və bunun üçün hətta internetdə informasiya yayan əsgəri həbs edib.

Həmin şəxs hətta Ukraynaya “Azov” taborunda vuruşmaq üçün oraya getmək istəyirmiş.

ABC News” kanalının məlumatında göstərilir ki, Carett Uilyam Smit adlı əsgər bu ilin iyul ayında Kanzas ştatındakı Fort-Rayli bazasına köçürülüb. Avqust və sentyabr aylarında o, FTB-nin bir agenti ilə apardığı internet-çatda ABŞ ərazisində hücum planını müzakirə edib. 

Bundan başqa amerikalı əsgər “Antifa” Beynəlxalq antifaşist təşkilatının üzvlərini öldürmək istəyirmiş və özü kimi radikal düşüncəli insanları axtarırmış.

Cared Uilyam Smit iri xəbər şəbəkələrinin mənzil qəragahını, həmçinin Demokrat partiysından prezidentliyə namizəd Beto O`Rusrku özü üçün əsas hədəflər olaraq müəyyən edib.

ABŞ ordusunun əsgərinin Ukraynada “Sağ sektor” təşkilatı ilə birlikdə vuruşan Kreyq Lenq adlı başqa bir amerikalı ilə əlaqə qurduğu təsbit edilib. Onlar birlikdə “Facebook”u bombalamağın planını işləyib hazırlayıblar. Cared Uilyam Smitə qarşı kütləvi qırğın silahları haqqında informasiyaların yayılması ittihamı irəli sürülüb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR