İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da supermarketdə kütləvi qətllər törətmiş şəxs qətldə və terrorizmdə təqsirləndirilib

248 02.06.2022 13:48 Dünya A A

Çərşənbə günü Nyu-York ştatının Eri dairəsinin böyük münsiflər məhkəməsi 18 yaşlı yeniyetməyə 25 bənd üzrə ittiham təqdim edib. Peyton Gendron ad-soyadlı bu şəxs tərəfindən ərzaq mağazasında irqi zəmində atəş açması nəticəsində 10 nəfər həlak olub.

AZƏRTAC Amerika KİV-nə istinadla xəbər verir ki, Peyton Gendron nifrət zəminində terror aktı, nifrət zəminində qətl, nifrət zəminində qətlə qəsd və qanunsuz silah gəzdirmə maddələri üzrə təqsirləndirilir.

Mayın 14-də Buffalodakı Tops ərzaq mağazasında Gendron tərəfindən atəş açılması nəticəsində afroamerikan mənşəli 10 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Hakimiyyət nümayəndələrinin məlumatına görə, atəş irqi nifrət səbəbindən açılıb, Gendron internetdə irqçi və antiimmiqrasiya xarakterli çoxsaylı fikirlər yayıb. Onun federal cinayət hüququ üzrə cinayət törətməkdə ittiham ediləcəyi də istisna olunmur. Gendrona qarşı istifadə edilən ittiham bəndi 2020-ci ilin noyabr ayında Nyu-York qanunverici məclisi tərəfindən qəbul edilmiş “Nifrət zəminində daxili terrorizm cinayətləri haqqında Cozef Noyman qanunu” çərçivəsində qüvvəyə minib. Bu qanun 2019-cu ilin dekabr ayında Nyu-York ştatında ravvinin evində Hanuki bayramı qeyd edilən vaxt yəhudi mənşəli amerikalılara hücum nəticəsində öldürülmüş şəxsin şərəfinə adlandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR