İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da silahlı şəxs kütləyə atəş açıb, 14 nəfər yaralanıb

835 17.07.2016 05:19 Dünya A A
ABŞ-ın Beykersfild şəhərində (Kaliforniya ştatı) avtomobildə hərəkət edən naməlum silahlı şəxslər əyləncə gecəsinə toplaşmış qonaqlara atəş açıblar, nəticədə azı 14 nəfər yaralanıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin açıqlamasında bildirilir.    
 
İnsident yerli vaxtla 01.00 radələrində  baş verib. Atəş açanların bir neçə nəfər olduğu bildirilir.
 
Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti kritikdir.
 
Araşdırmalara başlanılıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR