İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da quş qripi tüğyan edir

707 03.05.2015 01:35 Səhiyyə A A

ABŞ-ın Ayova ştatında may ayının sonunadək fövqəladə vəziyyət elan edilib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ştatda H5N2 quş qripinin 5 ocağının müəyyən edilməsidir.  

Məlumata görə, qısa müddətdə Birləşmiş Ştatlarda xəstə ev quşlarının sayı daha 5 milyon yarım artıb. Bütövlükdə ölkə üzrə 20 milyon xəstə toyuq müəyyən edilib.

Ayova ştatı – Amerikada toyuq yumurtasının əsas tədarükçüsüdür. Bundan əvvəl quş qripi ilə bağlı Minnesot və Viskonsin ştatlarında H5N2 virusu ilə bağlı fövqəladə vəziyyət elan edilmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR