İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qəzet redaksiyasına silahlı hücum: 5 ölü, 22 yaralı - FOTO, VİDEO (YENİLƏNİR)

2917 29.06.2018 00:10 Dünya A A

ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atəş açan şəxs saxlanılıb.

Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.

Yerli KİV-lər insident nəticəsində həmçinin çoxlu sayda yaralıların olduğunu bildirirlər.

Təfərrüatlar hələlik açıqlanmır.

***

Musavat.com xəbər verir ki, qəzet redaksiyasına silahlı basqın nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Silahlı basqını təşkil edən şəxs saxlanıldıqdan sonra redaksiyada axtarış aparıldığı bildirilib. 

***

Binanın içində olan bir şəxs hərbi geyimdə olan silahlının atəş açdığını tvitter hesabında yazıb. Silahlı basqını 1 və ya daha çox adamın təşkil etdiyi hələ ki, bilinmir, polis şerifi Ron Beytman bir nəfərin tutulduğunu, redaksiyanın tamamilə boşaldıldığını açıqlayıb.

***

Yerli mətbuatda verilən məlumatlara görə, silahlı şəxs xəbər otağına girərək redaktor da daxil olmaqla bir çox şəxsi güllələyib. 

Hadisə ilə bağlı ABŞ prezidenti Donald Trampın məlumatlandırıldığı qeyd olunub. 

İstintaqa FBİ də daxil olub.

Qeyd edək ki, "Capital Gazette" həm çap, həm internet versiyada yayınlanır. Qəzet "Baltimore Sun Medya" qrupuna daxildir. "Baltimore Sun Medya" qrupun tərkibində daha bir neçə qəzet var.

***

CBS News televiziya kanalına danışan iki polis hücum nəticəsində 5 nəfərin öldüyünü bildirib. 

Silahlı hücumun səbəbləri hələ ki bilinmir.

 

Musavat.com

usa-attack

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR