İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da qadın təsadüfən öz qohumu ilə evlənib və bundan 12 il sonra xəbər tutub

1138 11.01.2024 12:58 Dünya A A

İndi oxuyacağınız xəbər əmioğlu-əmiqızı, dayıoqızı-bibioğlu, xalaqızı-xaloğlu nikahlarının on minlərlə olduğu ölkədə bəlkə də yüngül təbəssüm doğuracaq, ancaq çox ibrətamizdir. Görün, inkişaf etmiş, mədəni ölkələrdə qohum evliliklərinə münasibət necədir.

Amerikalı TikToker Marcella Hill təsadüfən öz qohumu ilə evləndiyini aşkar edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Hill əri ilə münasibətini yalnız 12 illik evliliyindən sonra öyrənib. Hamiləlik dövründə o, doğma övladına nəsil şəcərəsinə daxil olanlardan birinin adını qoymaq üçün öz əcdadını öyrənmək qərarına gəlib. Qadın ərinə nənə və babasının adını deyəndə o, gözlənilmədən belə cavab verib: “Gülməlidir. Bizim nənə və babalarımızın adları eynidir”.

Diqqətlə yoxlayandan sonra Hill başa düşüb ki, onların babası və nənəsi əmiuşaqlarıdır. "Sonra ərim nənəsinə, mən də babama zəng etdim və onlardan bir-birini tanıyıb-tanımadıqlarını soruşduq, - Hill deyib. - Məlum oldu ki, onlar bir-birini, əlbəttə, tanıyırlar! Hətta uşaq ikən birlikdə yaşayıblar”.

Ancaq qohumluq münasibətləri o qədər də yaxın deyyil: Hill və əri əminəticələridir. Onlar bu kəşfə yumorla reaksiya veriblər və hətta onda bəzi müsbət çalarlar da tapıblar: indi onlar qohumların görüşünə birlikdə gedə bilərlər. Cütlüyün qızı dünyaya gələndə ona ulu nənəsi Meri Ceyn Dolların adı verilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR