İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Papaya qarşı maraqlı aksiya: İtlərə Papa geyimi geyindirildi - FOTOLAR

932 26.09.2015 16:00 Maraqlı A A

Katoliklərin ruhani lideri papa Fransiskonun ABŞ ziyarəti ölkədə gözlənilməz bir hərəkata səbəb olub. İnsanlar itlərinə Papanın geyimlərini geyindirərək fotolarını sosial şəbəkələrdə “papadog” etiketi ilə paylaşıblar. 

ABŞ-da “Hər kəs it sevər, hər kəs Papanı da sevər” şüarı altında başlayan bu aksiya böyük qalmaqala səbəb olub. Aksiyanın iştirakçılardan biri olan Broklin Con  Scor, 3 yaşlı Puggle cinsli itinə  Papa geyimi geyindirib.

Vatikan sözçüsü bu barədə mətbuata açıqlama verib. O bildirib ki, bu barədə Papanın hələlik xəbəri yoxdur. 

Qeyd edək ki, itlərə Papa geymləri geydirmək ilk dəfə deyil ki həyata keçirilir. 2008-ci ildə Almaniyada bir firma itlər üçün Papa paltarları hazırlamışdı və internetdə videosunu paylaşmışdı. Bundan əlavə 2013-cü ildə bir istifadəçi “Twitter”də "PopeDog "(Papa itlər) adlı hesab yaratmışdı.

Məğrur Salmanov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR