İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da naməlum şəxs əyləncə məkanında insanlara atəş açıb, ölənlər var

270 27.10.2019 17:33 Dünya A A

ABŞ-ın Texas ştatında bir nəfərin əyləncə məkanında kütləyə atəş açması nəticəsində 2 nəfər ölüb, 20-dən çox insan yaralanıb. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb. İnsidentin ştatın Kommers şəhərində baş verdiyi bildirilir. 

Həmin vaxt Texasın A&M universitetinin (Texas A&M Commerce University) tələbələrinin tədbiri keçirilirmiş. Hadisə olan zaman məkanda 700-dən çox insanın olduğu deyilir. Onların bir çoxu gənc tələbələr olub. Tədbir universitet rəhbərliyi ilə razılaşdırılmadığı üçün gecə klubunda baş tutub.

Bütün zərərçəkənlər təcili surətdə xəstəxanaya çatdırılıb. Caninin hadisə yerindən qaçıb uzaqlaşdığı qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR