İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinə girmək istəyən naməlum şəxs saxlanılıb

484 04.05.2021 03:38 Dünya A A

ABŞ-dan naməlum şəxs Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahı ərazisinə girməyə çalışıb.

“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən “NBC News” telekanalı bildirib.

Telekanalın məlumatına görə, naməlum şəxs binaya əsas girişdən daxil olmağa çalışıb, silahlı mühafizə xidmətinin əməkdaşları onu dayandırıb. “Həmin şəxslə danışıqlar gedir. Atışma olmayıb”, - telekanal qeyd edib.

Mərkəzi Kəşfiyyat İdarəsi açıqlamasında ətraf sərhəddəki təhlükəsizlik probleminin həll edildiyini bildirib: “Bina təhlükəsiz şəraitdədir”.

MKİ-nin qərargahı Vaşinqton yaxınlığında, Virciniya ştatında, Lenqlidədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR