ABŞ-da keçirilən kokuslarda Berni Sanders Hillari Klintondan üstün olub
"Report"-un məlumatına əsasən, indiyədək əldə olunan nümayəndələrin sayına görə sabiq dövlət katibi xeyli öndə olsa da, Vermont ştatının senatoru Berni Sanders mübarizəni tərk etmək istəmir.
O, bəzi ştatlarda Hillari Klintona çətin anlar yaşadır. Belə ki, Alyaska və Vaşinqton ştatlarına keçirilən kokusların nəticələrinə əsasən Sanders böyük fərqlə öndə olub. Havay ştatında isə nəticələr hələlik məlum deyil.






